Təhsil naziri: “Hamını işə götürə bilmirik”

  Təhsil naziri:  “Hamını işə götürə bilmirik”
  18 Mart 2021    Oxunub:1694
“Çalışmalıyıq ki, ən istedadlı və bacarıqlı insanlar müəllimlik peşəsini seçsinlər. Müəllim hazırlığının məzmunu ən vacib məsələdir”.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev özünün “Facebook” hesabında canlı yayım zamanı deyib. Nazir qeyd edib ki, müəllimlər köhnə modellə yox, gələcəyə yönələn modellə hazırlanmalıdır.

"Müəllimlərin işə qəbulu prosesini şəffaf şəkildə təşkil etmək mümkün olub. Sadəcə arzu edənlərlə yerlərin sayı arasında böyük fərq var. Bu da təbiidir. Çünki ən bacarıqlıları işə götürmək istəyirik. Hamını işə götürə bilmirik. 50 mindən artıq insanın hər il müəllimlik ixtisasına müraciət etməsi bu peşənin nüfuzunun artdığını göstərir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Nazir   Müəllim  






Xəbər lenti