Şəhid və qazi ailəsinin üzvü olan 20 nəfər Azərbaycan vətəndaşlığına qəbul edildi - FOTOLAR

 Şəhid və qazi ailəsinin üzvü olan 20 nəfər Azərbaycan vətəndaşlığına qəbul edildi -  FOTOLAR
  18 Mart 2021    Oxunub:4360
17 mart 2021-ci ildə ölkə Prezidenti cənab İlham Əliyevin 20 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi haqqında imzaladığı sərəncamın icrası olaraq, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən həmin şəxslərə müvafiq arayışlar təqdim edilib.
Bu barədə Azvision.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunanların hər biri rəşadətli Ordumuzun qələbə ilə başa vurduğu 44 günlük Vətən müharibəsinin iştirakçıları, şəhid və qazi ailələrinin üzvləridir. Sənədlər Bakı da daxil olmaqla, Masallı, Cəlilabad, Şəki, Qazax, Ağstafa, Gəncə, Goranboy və Mingəçevirdə yaşayan vətəndaşlara yaşadıqları ünvanlarda verilib.

Əzəli torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhunu ehtiramla anır, qazilərimizə şəfa diləyirik.













Azvision.az



Teqlər: DMX   Vətəndaşlıq  






Xəbər lenti