X-XI siniflər əyani dərslərə nə vaxt başlayacaq? - Açıqlama

X-XI siniflər əyani dərslərə nə vaxt başlayacaq? -   Açıqlama
  18 Mart 2021    Oxunub:3253
X-XI siniflər üçün əyani tədrisin bərpası pandemiya ilə bağlı yaranmış vəziyyətdən asılıdır.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev özünün “Facebook” hesabında canlı yayım zamanı bildirib. Onun sözlərinə görə, Novruz bayramından sonra yoluxma sayı ilə bağlı rəqəmlərə baxılacaq:

"Xahişim odur ki, şayiələrə inanmayın. Operativ Qərargahın və digər rəsmi mənbələrin məlumatları əsasında öz fəaliyyətinizi planlaşdırın”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Dərs   Tədris   Məktəb   Nazir  





Xəbər lenti