Nazir şikayətlərdən danışdı: “Korrupsiya adı ilə mail göndərirlər”

  Nazir şikayətlərdən danışdı:  “Korrupsiya adı ilə mail göndərirlər”
  18 Mart 2021    Oxunub:3577
Məktəblərdə xoşagəlməz hadisələrin baş verməsinə səbəb olan hallara yol verilir. Buna qarşı mübarizə aparılır.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev özünün “Facebook” hesabında canlı yayım zamanı bildirib. Onun sözlərinə görə, məktəblərdə kontingent geniş olduğundan orada hər gün xoşagəlməz halların olması mümkündür:

"Bu halların aradan qaldırılması üçün məktəb direktorları və yerli təhsil şöbələrinin üzərinə böyük məsuliyyət düşür".

E.Əmrullayev bildirib ki, nazirlik yalnız anonim olmayan şikayətləri araşdırır.

"Gün ərzində daxil olan şikayətlərdə hansısa məktəbdə korrupsiya halının olduğu bildirilir. Lakin elektron poçtun ünvanında ad belə olmur. Korrupsiya adı ilə mail göndərilir. Şikayət edənin kim olduğunu başa düşmədən məsələnin arxasınca getmək mümkün deyil”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Anonim   Şikayət  





Xəbər lenti