60 minə yaxın əcnəbinin Azərbaycanda olma müddəti uzadılıb
Xidmət rəisi bildirib ki, 2020-ci ildə dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər səbəbindən ölkəni tərk edə bilməyən 60 minə yaxın əcnəbinin olma müddəti əlavə müraciət olmadan Dövlət Miqrasiya Xidməti tərəfindən uzadılıb. Hazırda dövlət sərhədində giriş-çıxış tam bərpa olunanadək bu əcnəbilərin ölkədə yaşaması leqal hesab olunur:
"Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiya ilə mübarizə sahəsində müvafiq inzibati tədbirlərin görülməsi ilə yanaşı, qanuni miqrasiyanın təşviq edilməsini ən təsirli vasitələrdən biri hesab edir. Son üç ildə ölkədə qeyri-qanuni vəziyyətdə olan miqrantların ümumi sayı təxminən yarıyadək azalıb. Bu nəticə əldə olunarkən ölkə ərazisində qeyri-qanuni vəziyyətdə yaşayan miqrantlarla bağlı sərt inzibati tədbirlər görülməsi deyil, onların leqallaşdırılması əsas istiqamət olaraq müəyyən olunub".
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


