“Qaçqınlar və sığınacaq axtaran şəxslər pulsuz vaksinasiya olunur” - Xidmət rəisi
"Bu dövrdə Xidmət tərəfindən qaçqın statusunun əldə edilməsi üçün müraciətlərin qəbulu davam etdirilib və sığınacaq sistemi ilə bağlı müvafiq sənədləşmə elektron qaydada təmin edilib. Bu innovativ yanaşma BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ən yaxşı təcrübə kimi qeyd olunmaqdadır.
Qaçqınların və sığınacaq axtaran şəxslərin sosial ehtiyaclarını təmin etməsinin çətinliyi nəzərə alınaraq, Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaş cəmiyyəti institutları, o cümlədən “Miqrasiya Könüllüsü” İctimai Birliyi və digər tərəfdaşlarla birgə davamlı olan sosial yardım layihələrinin həyata keçirilməsi təmin olunub. Qeyd edilməlidir ki, Azərbaycan vətəndaşları kimi ölkəmizdə məskunlaşan qaçqınlar və sığınacaq axtaran şəxslər üçün də tibbi yardım ödənişsizdir. Hazırda bu kateqoriyadan olan şəxslərin dövlət tərəfindən pulsuz vaksinasiyası davam etdirilir", - deyə Xidmət rəisi vurğulayıb.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


