7 saylı cəzaçəkmə müəssisəsindən 8 nəfər azadlığa çıxdı

7 saylı cəzaçəkmə müəssisəsindən 8 nəfər azadlığa çıxdı
  19 Mart 2021    Oxunub:1647
Əfv sərəncamı 7 saylı cəzaçəkmə müəssisəsində icra edilib.
Azvision.az  xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın şamil olunduğu 14 nəfərdən 8-i azadlığa buraxılıb. 6 nəfərin cəzası azaldılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı ümumilikdə 625 nəfərə şamil olunub.

Azvision.az


Teqlər: Əfv  






Xəbər lenti