Əfv edilən daha 12 nəfər azadlığa qovuşdu

Əfv edilən daha 12 nəfər azadlığa qovuşdu
  19 Mart 2021    Oxunub:1287
Əfv sərəncamı 16 saylı cəzaçəkmə müəssisəsində icra edilib.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın şamil olunduğu 14 nəfərdən 12-si azadlığa buraxılıb, 2 nəfərin cəzası azaldılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı ümumilikdə 625 nəfərə şamil olunub.

Azvision.az


Teqlər:






Xəbər lenti