Ombudsman əfv edilənləri layiqli vətəndaş olmağa çağırdı

 Ombudsman əfv edilənləri layiqli vətəndaş olmağa çağırdı
  19 Mart 2021    Oxunub:2747
"72 nəfərin əfv olunması ilə bağlı Ombudsman tərəfindən edilən müraciət müsbət həllini tapıb. Cənab Prezidentin sərəncamı ilə həmin şəxslər azadlığa buraxılıb".
Azvision.az xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva 4 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamının icrası zamanı jurnalistlərə açıqlamasında deyib.

Ombudsman əfv olunan məhkumları Prezident İlham Əliyevin bu humanist addımından nəticə çıxararaq, gələcəkdə dövlətimizə, xalqımıza, millətimizə layiqli vətəndaş olmağa səsləyib.

"Prezidentin imzaladığı əfv sərəncamı ümumilikdə 625 məhkuma şamil edilib. Bu, bizi, məhkumları, onlarının ailə üzvlərini, yaxınlarını çox sevindirir. Biz cənab Prezidentə göstərdiyi bu humanist siyasətə, insan hüquqlarına verdiyi dəyərə görə təşəkkürümüzü bildiririk".

Azvision.az


Teqlər: Əfv  






Xəbər lenti