Əfv sərəncamının icrası davam edir

Əfv sərəncamının icrası davam edir
  19 Mart 2021    Oxunub:2190
Əfv sərəncamı 9 saylı cəzaçəkmə müəssisəsində icra edilib.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın şamil olunduğu 8 nəfərdən 5-i azadlığa buraxılıb, 3 nəfərin cəzası azaldılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı ümumilikdə 625 nəfərə şamil olunub.

Azvision.az


Teqlər: Əfv  






Xəbər lenti