"Azərxalça"nın yeni sədri kollektivə təqdim edildi
Xatırladaq ki, E.Məmmədov 1970-ci ildə Bakıda anadan olub. O, Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.
E.Məmmədov Azərbaycanda və Avropanın bir sıra ölkələrində çoxsaylı sərgilərin keçirilməsinə rəhbərlik edib. Onun müəllifliyi ilə tanınmış Azərbaycan rəssamlarının həyat və yaradıcılığına həsr olunmuş 16 əsər dərc olunub, “Zəfər” ordeninin və “Vətən Müharibəsi Qəhrəmanı” medalının dizaynı işlənib hazırlanıb.
E.Məmmədov Azərbaycan Rəssamlar İttifaqının üzvü, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür. Ölkə prezidentinin Sərəncamı ilə "Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb, “Tərəqqi” medalı ilə təltif edilib.
Azvision.az
Teqlər: Azərxalça







Vaxtında, Aydın, Lazımlı!


