Əfv sərəncamı Müalicə Müəssisəsində icra olundu

Əfv sərəncamı Müalicə Müəssisəsində icra olundu
  19 Mart 2021    Oxunub:849
Əfv sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsində icra olunub.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamın şamil olunduğu 6 nəfər məhkuma arayışlar təqdim olunub və onlar azadlığa çıxıblar.

1 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıya endirilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam 625 nəfərə şamil olunub. Martın 19-u səhər saatlarından etibarən Prezidentin əfv sərəncamının icrasına başlanılıb.

Azvision.az



Teqlər: Əfv  






Xəbər lenti