BŞTİ rəhbərindən valideynlərə müraciət

 BŞTİ rəhbərindən valideynlərə müraciət
  19 Mart 2021    Oxunub:2293
2020-2021-ci tədris ilinin I yarımili üzrə summativ qiymətləndirmə prosesinin keçirilməsi, statistik nəticəni götürəndə qənaətbəxşdir. Ən azı bizim şagirdlərin təhsil göstəricilərinin necə olması barədə müəyyən qənaətə gələ bildik. Təbii ki, burada neqativ və subyektiv hallar da var.
Azvision.az xəbır verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib. O bildirib ki, qiymətləndirmə zamanı daha çox neqativ hallar evlərdə yaşanıb.

"Təəssüflər olsun ki, valideynlərin öz övladlarına kömək etmək istəkləri bu prosesin şəffaf keçirilməsinə bir qədər maneçilik törətdi. Nəticədə bəzən zəif şagirdlər qiymətləndirmədə yüksək bal topladılar. Mən valideynlərə demək istərdim ki, siz öz övladınıza kömək edərək yüksək qiymət almasına şərait yaratmaqla əslində onu arxayınlaşdırırsınız, uşağın məktəb, müəllim qarşısında məsuliyyət hissini azaldırsınız, demək olar ki, yox edirsiniz. Nəticədə müəllimin şagirdə olan güvəni, etibarı itir".

Keyfiyyət məsələsinə gəldikdə isə M.Vəliyeva bildirib ki, aparılan qiymətləndirmə sadəcə mövcud vəziyyəti dəyərləndirmək, gələcək prosesin düzgün istiqamətləndirilməsi baxımından əhəmiyyətlidir.

"Hesab edirəm ki, bu vacib olduğundan həyata keçirmək də önəmli idi. Artıq müəyyən çərçivə daxilində əyani tədrisə başlamışıq. Düşünürəm ki, bu dövrdə II-IX siniflərdə əyani şəkildə formativ və diaqnostik qiymətləndirmələr mövcud vəziyyəti daha dolğun dəyərləndirməyə imkan verə biləcək".

Aytən Zəhra
Azvision.az


Teqlər: Qiymətləndirmə   Məktəb  






Xəbər lenti