Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi publik hüquqi şəxsə çevrilib

Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi publik hüquqi şəxsə çevrilib
  19 Mart 2021    Oxunub:2212
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi publik hüquqi şəxsə çevrilib.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncama əsasən, Naxçıvanın Nazirlər Kabineti publik hüquqi şəxsin nizamnaməsini və ştat strukturunu təsdiq edəcək.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minib.

Azvision.az


Teqlər: Naxçıvan   Peşə   Məktəb   Sürücülük  






Xəbər lenti