“Yoluxma sayının artacağı gözlənilən idi” - Prezidentin köməkçisi

   “Yoluxma sayının artacağı gözlənilən idi” -    Prezidentin köməkçisi
  19 Mart 2021    Oxunub:2309
Artıq bir ildən çoxdur ki, dünyanı bürümüş koronavirus pandemiyasında yaşayırıq. Müxtəlif dövrlərdə yoluxma dalğalarını görürük. Beynəlxalq mətbuatı izləyirik və dalğalar müxtəlif ölkələrdə müxtəlif vaxtda baş verir. Bir çox ölkələrdə növbəti dalğa gəlir və qapanmalara gedirlər. Qapanmalar dalğanın sürətini azaldır və ölkələrə imkan yaradır ki, səhiyyə sisteminin davamlılığını təmin etsinlər.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

Onun sözlərinə görə, Azərbaycanda da son günlər yoluxma sayı artmağa başlayıb:

“Yumşalmalara getdikdən sonra bu gözlənilən idi. İnsanların hərəkətliliyi ilə əlaqədar yoluxmaların sayı artmağa başladı. Yoluxanların sayı artdıqca ölümlərin də sayı çoxalır. Bu, narahatedicidir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Yoluxma   virus   OperativQərargah  






Xəbər lenti