Əli Əsədov qazaxıstanlı həmkarı ilə telefonla danışdı
Bildirilib ki, söhbət zamanı Askar Mamin öz həmkarını Novruz bayramı münasibətilə təbrik edib, Qazaxıstan və Azərbaycan xalqlarının uzunəsrlik dostluğunun möhkəm təməllərə söykəndiyni deyib. Azərbaycanın uğurları xüsusi vurğulanıb.
Söhbət zamanı Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin iqtisadi və ticarət aspektlərinə dair bir sıra məsələlər müzakirə olunub.
Azvision.az
Teqlər: Baş-nazir







Vaxtında, Aydın, Lazımlı!


