“Bayram günlərində başqa məhdudiyyət olmayacaq” - Şahmar Mövsümov

   “Bayram günlərində başqa məhdudiyyət olmayacaq” -    Şahmar Mövsümov
  19 Mart 2021    Oxunub:3037
Bayram günlərində ictimai nəqliyyatın işləməməsindən başqa məhdudiyyət olmayacaq.

Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, bu qərarın verilməsinə əsas səbəb yoluxmaların sayında artımın müşahidə edilməsidir.

“Azərbaycanda "Britaniya ştammı"nın aşkarlanması narahatlığı artırır. Son bir ildə Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehiban Əliyevanın rəhbərliyi ilə səhiyyə sisteminin imkanları artırılıb. Son avadanlıqlar, dərmanlar alınıb. Hazırda xəstəxanalarda 10 min çarpayalıq imkan bizi sərtləşməyə getməməyə imkan verir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Sərtləşmə   Karantin   virus  






Xəbər lenti