Virusun “Azərbaycan ştammı” da yayıla bilər

 Virusun “Azərbaycan ştammı” da yayıla bilər
  19 Mart 2021    Oxunub:3372
Britaniya ştammının hər hansı bir ölkə tərəfindən qarşısının alınması qeyri-mümkündür.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib. Onun sözlərinə görə, yeni ştammlar bütün dünyaya yayılır.

"Necə ki, ilkin ştamm yayılıb, digərləri də yayılacaq. Hətta fantastik bir şey də deyim ki, Britaniya ştammına uyğun olaraq yerli Azərbaycan ştammı da yayıla bilər”.

Prezidentin köməkçisi qeyd edib ki, test istənilən ştammı müəyyən edir: "Ola bilər ki, test verən zaman nəticə neqativ olsun, ya da testin cavabından bir gün sonra simptomlar əmələ gəlsin və test müsbət göstərsin".

Azvision.az


Teqlər: Koronavirus   Britaniya-ştammı  






Xəbər lenti