Sahibə Qafarovadan Novruz təbriki

Sahibə Qafarovadan Novruz təbriki
  20 Mart 2021    Oxunub:2473
Milli Məclisin sədri Sahibə Qafarova Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Azvision.az xəbər verir ki, təbrikdə deyilir:

“Sizləri ürəkdən təbrik edir, sizlərə sağlamlıq, bol ruzi-bərəkət, sevinc dolu xoşbəxt ömür arzulayıram. Novruz təbiətin canlanması, yenilənməsi rəmzidir. Arzu edirəm bu bayram sizlərin ocağına bərəkət, sevinc və əmin-amanlıq gətirsin.

Bu bayramı ərazi bütövlüyümüzü bərpa etmiş bir xalq kimi qeyd edirik. Allah Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə rəhmət eləsin, onların ailələrin və doğmalarına səbir ehsan eləsin, yaralılarımıza və qazilərimizə şəfa nəsib eləsin!"

Azvision.az


Teqlər: Spiker   Milli-Məclis   Sahibə-Qafarova  






Xəbər lenti