Gündəlik yoluxma sayı 1100-ü keçdi, 14 nəfər öldü

  20 Mart 2021    Oxunub : 3422
Gündəlik yoluxma sayı 1100-ü keçdi,  14 nəfər öldü
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1187 yeni yoluxma faktı qeydə alınıb, 306 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.
Ölkəmizdə indiyədək 245 490 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 232 534 nəfər müalicə olunaraq sağalıb, 3339 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 9617 nəfərdir.

Son sutka ərzində 11 692, hazırkı dövrədək isə 2 768 149 test aparılıb.



Azvision.az

Teqlər: Koronavirus