Bu günün hava proqnozu
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və qərb rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7 dərəcə şaxta, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, martın 21-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü və rütubətli hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Azvision.az
Teqlər: Hava