Sabirabadda yanğın olub, 1 nəfər xəsarət alıb

Sabirabadda yanğın olub,    1 nəfər xəsarət alıb
  21 Mart 2021    Oxunub:3120
Sabirabad rayonunda xəsarətlə nəticələnən yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Sabirabad rayonunun Qaratəpə kəndində ümumi sahəsi 104 m² olan tikintisi başa çatmayan kürsülü birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 24 m² sahədə, 1 otağının tavanı 10 m² sahədə və döşəməsi 3 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az





Teqlər: FHN   Yanğın  






Xəbər lenti