Gürcüstandan qazilərə və şəhid ailələrinə bayram payı göndərilib

Gürcüstandan qazilərə və şəhid ailələrinə bayram payı göndərilib
  21 Mart 2021    Oxunub:1923
Gürcüstanın Marneuli rayonunda fəaliyyət göstərən “Səadət” Fondu Azərbaycana - Vətən müharibəsi qazilərinə və şəhid ailələrinə Novruz sovqatı göndərib.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyi məlumat verib.

Bildirilib ki, bayram sovqatı Türkiyənin İDDEF təşkilatının dəstəyi ilə həyata keçirilib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə həmin sovqat dolu yük maşını Gürcüstan-Azərbaycan sərhədindən Bakıya yola salınıb.

Azvision.az



Teqlər: Gürcüstan   qazi   şəhid   ailə  






Xəbər lenti