Rəssamların onlayn satış-sərgisi təşkil olunub

Rəssamların onlayn satış-sərgisi təşkil olunub
  21 Mart 2021    Oxunub:2226
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və www.artgift.az saytının təşkilatçılığı ilə Novruz bayramı münasibətilə rəssamların onlayn satış-sərgisi təşkil olunub.
Azvision.az xəbər verir ki, sərgi gənc nəsil arasında Novruz bayramının ənənələrini yaşatmaq, rəssamların yaradıcılıqlarını dəstəkləmək və stimullaşdırmaq məqsədilə keçirilib.

Azərbaycan xalqının maddi və mənəvi dəyərlərini özündə birləşdirən Novruz bayramı tarixi qədimliyə və mədəni-mənəvi zənginliyə malikdir. Xalqımızın milli adət-ənənələrini və ən nadir xüsusiyyətlərini özündə birləşdirən Novruz bayramına zaman-zaman Azərbaycan rəssamları da öz yaradıcılıqlarında yer verib və bədii dəyərə malik əsərlər yaradıblar.

Sərginin virtual ekspozisiyasında rəssamların milli adət-ənənələrimizi əhatə edən mövzularda qrafika, rəngkarlıq, dekorativ tətbiqi sənət və heykəltəraşlıq əsərləri nümayiş olunub.

Azərbaycan rəssamlarının onlayn satış sərgisi Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi “Facebook” və “Instagram” sosial şəbəkələri, eyni zamanda, www.artgift.az incəsənət əsərlərinin satış portalı vasitəsilə yayımlanıb.





Azvision.az



Teqlər: Rəssam  





Xəbər lenti