Myanmada öldürülən etirazçıların sayı 250-yə çatıb

Myanmada öldürülən etirazçıların sayı 250-yə çatıb
  22 Mart 2021    Oxunub:1663
Myanmada fevralın əvvəlindən indiyədək hərbi rejim əleyhinə keçirilən etiraz yürüşünün dağıdılması zamanı polis və ordunun atəş açması nəticəsində ölən aksiyaçıların sayı 250-yə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Myanmada Siyasi Məhbuslara Yardım Dərnəyi özünün "Twitter" səhifəsində yazıb. Qeyd olunub ki, 1 fevraldan bu yana 2 665 vətəndaş həbs edilib.

Qeyd edək ki, 2021-ci il fevralın 1-də Myanmada hərbçilər hakimiyyəti ələ keçirərək ölkə üzrə fövqəladə vəziyyət rejimi elan edib. Myanma Prezidenti Vin Min, Nobel sülh mükafatı laureatı, Myanmanın xarici işlər naziri və dövlət müşaviri Aun San Su Çji, hökumətin bir sıra üzvləri saxlanılıb.


Azvision.az


Teqlər: Myanma   Etirazçı  






Xəbər lenti