Mingəçevir polisi şəhidlərin məzarlarını ziyarət edib

Mingəçevir polisi şəhidlərin məzarlarını ziyarət edib
  22 Mart 2021    Oxunub:2414
Polis əməkdaşları torpaqlarımızın mənfur düşməndən azad olunmasında canından keçən qəhrəman oğullarımızın xatirələrini hər daim əziz tutur, onların ailələrini vaxtaşırı ziyarət edir, qayğıları ilə maraqlanırlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları da ölkəmizdə qeyd edilən Novruz bayramı günlərində şəhidlərimizin məzarlarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.

Həmçinin, şəhər ərazisində yaşayan şəhid ailələri və Vətən müharibəsində yaralanan qazilərlə evlərində görüşüb, bayram münasibətilə onları təbrik ediblər.

Azvision.az


Teqlər: Polis   Şəhid  





Xəbər lenti