"Makarov"la tutuldu

  27 Mart 2013    Oxunub : 625
"Makarov"la tutuldu
Bakıda kriminal avtoritet saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini, əvvəllər məhkum olunan, kriminal avtoritet kimi tanınan Rafiq Eyvazov martın 27-də paytaxtın Nəsimi rayonu ərazisində saxlanılıb.

Üzərinə baxış zamanı ondan sandıqçasında 5 ədəd patron olan "Makarov" tipli tapança aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Rafiq Eyvazovun cinayətkar əlaqələrinin və qanunsuz olaraq əldə etdiyi odlu silahın mənbəyinin müəyyən olunması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Teqlər: