Bəyanatdan sonra saxlanılan şəxslər hərbi əsir hesab edilmir - XİN
Qeyd olunub ki, sözügedən üçtərəfli bəyanatın imzalanmasından sonrakı dövrdə Ermənistan tərəfindən təxribat və terror fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə Azərbaycan ərazisinə göndərilənlər beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsir deyillər və hesab edilə bilməzlər:
"Saxlanılanlar Azərbaycan Respublikasının cinayət məcəlləsinə görə məsuliyyət daşıyırlar. Saxlanılanlarla beynəlxalq insan hüquqları hüququ və Azərbaycan qanunvericiliyinə uyğun şəkildə davranılır. Bir daha vurğulayırıq ki, Azərbaycan hərbi əsir kimi təsnif edilən bütün məhbusları geri qaytarıb", - deyə məlumatda vurğulanıb.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


