Slovakiya-Azərbaycan oyununu finlandiyalı hakimlər idarə edəcək

Matçın baş hakimi Kirill Naishouler olacaq. Ona həmyerlisi Arttu Kyynaeraeinen və slovakiyalı Martin Matula kömək edəcəklər. Qarşılaşmanın saniyəölçəni Slovakiya Futzal Federasiyasının nümayəndəsi Miroslav Jezik, hakim-inspektoru isə belçikalı Perri Gautier olacaq.
Qeyd edək ki, Slovakiya-Azərbaycan oyunu aprelin 8-də Levice şəhərindəki idman zalında keçiriləcək.
Azvision.az
Teqlər: Futzal Azərbaycan Slovakiya