Sabiq Baş nazirə qarşı cinayət işlərinə xitam verildi

Sabiq Baş nazirə qarşı cinayət işlərinə xitam verildi
  24 Mart 2021    Oxunub:1583
Qırğızıstanın keçmiş Baş naziri Omurbek Babanov barəsində bütün cinayət işlərinə xitam verilib.
Azvision.az RİA Novosti-yə istinadən xəbər verir ki, O. Babanov və ona bağlı ticarət strukturlarına qarşı başladılan cinayət işlərinə xitam verilməsi haqqında qərar qəbul edilib. Sabiq Baş nazirin və onun yaxınlarının hərəkətləri ilə dövlətin, hüquqi şəxslərin və vətəndaşların mənafelərinə zərər vurma faktlarının olmaması təsdiq olunub. Eyni zamanda Babanovla 1,2 milyon dollar məbləğində vəsaitin dövlət büdcəsinə dəstək olaraq könüllü köçürülməsi barədə razılıq əldə edilib.

Azvision.az



Teqlər: Qırğızıstan   BaşNazir   cinayət  





Xəbər lenti