Bakıda qızıl oğrusu tutuldu

Bakıda qızıl oğrusu tutuldu
  24 Mart 2021    Oxunub:2252
Bakıda evdə oğurluq hadisəsi olub.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 15-də rayon ərazisindəki evlərin birindən 2 500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini X.Həşimov saxlanılıb.

Azvision.az



Teqlər: DİN   Oğurluq   Cinayət  





Xəbər lenti