Formula 1-ə jurnalistlərin akkreditasiyası davam edir

Formula 1-ə jurnalistlərin akkreditasiyası davam edir
  24 Mart 2021    Oxunub:1128
İyunun 4-6-da 5-ci dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi üçün yerli media nümayəndələrinin akkreditasiyasına dair sənəd qəbulu davam edir.
Yarışın təşkilatçısı "Bakı Şəhər Halqası" (BŞH) Əməliyyat Şirkətindən Azvision.az -a bildiriblər ki, sənəd qəbulu martın 25-də başa çatacaq.

Yerli media nümayəndələrinin yarışa qeydiyyatı BŞH-nın vasitəçiliyi ilə həyata keçirilir. Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nın rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.

Akkreditasiya prosesi ilə bağlı ətraflı məlumat əldə etmək istəyənlər [email protected] elektron poçt ünvanına yaza bilərlər.

Azvision.az



Teqlər: Formula1  






Xəbər lenti