Qətər-Azərbaycan oyunu slovakiyalı hakimlərə tapşırıldı

Qətər-Azərbaycan oyunu slovakiyalı hakimlərə tapşırıldı
  24 Mart 2021    Oxunub:2085
Futbol üzrə Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsi çərçivəsində Qətər yığması ilə yoldaşlıq oyununun hakimləri müəyyənləşib.
Azvision.az xəbər verir ki, matçın əsas referisi açıqlanmasa da, köməkçiləri artıq bilinir. Yan xətt hakimləri Tomaş Somolani və Branislav Hançko olacaq. Dördüncü hakim funksiyasını isə Peter Kraloviç yerinə yetirəcək. Hakimlər briqadası Slovakiyanı təmsil edir.

Martın 27-də Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı "A" qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyacaq.

Azvision.az


Teqlər: Qətər   Milli   Yığma  





Xəbər lenti