Azərbaycanda bir gündə 20 nəfər koronavirusdan öldü

 Azərbaycanda bir gündə 20 nəfər koronavirusdan öldü
  24 Mart 2021    Oxunub:3881
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1185 yeni yoluxma faktı qeydə alınıb, 478 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

Ölkəmizdə indiyədək ümumilikdə 249 492 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 233 834 nəfər müalicə olunaraq sağalıb, 3404 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 12254 nəfərdir.

Son sutka ərzində 8121, hazırkı dövrədək isə 2 799 101 test aparılıb.



Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti