"Neftçi" millimizə qalib gəldi

"Neftçi" millimizə qalib gəldi
  24 Mart 2021    Oxunub:1723
Bu gün "Neftçi" klubu yoxlama oyunu keçirib.
Azvision.az xəbər verir ki, "ağ-qaralar" öz meydanında U-21 milli komanda ilə qarşılaşıb.

Görüş "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt təmsilçisinin yeni transferi Keysuke Honda komandada ilk qolunu vurub. O, penaltidən fərqlənib. "Neftçi"nin digər qollarına Mirabdulla Abbasov və Sabir Buqrin imza atıb.

Qeyd edək ki, U-21 yığmamız bundan əvvəl yoxlama görüşündə "Qarabağ"a 4:2 hesabı ilə qalib gəlib.

Azvision.az


Teqlər: Neftçi  





Xəbər lenti