İndiyədək minaya düşən 525 nəfər həlak olub

 İndiyədək minaya düşən 525 nəfər həlak olub
  25 Mart 2021    Oxunub:4480
“Qarabağ münaqişəsi dövründə Azərbaycanda 3000-ə yaxın vətəndaş minaya düşüb”.

Azvision.az xəbər verir ki, bunu “Minalar Əleyhinə Azərbaycan Kompaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.
Onun sözlərinə görə, minaya düşən vətəndaşların 525-nin həyatını xilas etmək mümkün olmayıb: “Vətən müharibəsi dövründə minaya düşənlərlə bağlı rəqəm hələ məlum deyil, çünki bu məsələ hələ də araşdırılır. Minalanmış xəritələrin verilməsi mülki vətəndaşların bədbəxt hadisələrindən vaxtında qorunmasına şərait yaradacaq”.

Qeyd edək ki, Azərbaycanın vətəndaş cəmiyyəti qurumları Ermənistanın minalanmış ərazilərin xərtələrini Azərbaycana verməməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər.

Azvision.az


Teqlər: Mina   Azərbaycan  






Xəbər lenti