Nazirlik 21 müəssisənin fəaliyətini dayandırdı
Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 484, mikrobioloji göstəricilərinə görə 464, toksikoloji göstəricilərinə görə 110, radioloji göstəricilərinə görə 12 yeyinti məhsullari nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 8-də orqanoleptik və fiziki-kimyəvi, 4-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub.
Şadlıq evlərindən 1232 yaxma nümunəsi götürülüb, 12 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.
Yanvar ayı ərzində əhali arasında 65 qida zəhərlənməsi hadisəsi baş verib, 67 nəfər zərərçəkən olub. O cümlədən 5 botulizm hadisəsi baş verib, 8 nəfər zərərçəkən olub.
Mirvari Nəcəf