Türkiyədə şəhidlərimizin xatirəsinə ağacəkmə aksiyası keçirilib

Türkiyədə şəhidlərimizin xatirəsinə ağacəkmə aksiyası keçirilib
  25 Mart 2021    Oxunub:2573
Türkiyənin İqdır vilayəti ərazisində Azərbaycanın Vətən müharibəsi şəhidlərinin xatirəsinə salınan meşə-parkda ağacəkmə aksiyası keçirilib.
Azvision.az xəbər verir ki, aksiyada Azərbaycan və Türkiyədən rəsmi şəxslər, yerli ictimaiyyətin nümayəndələri, QHT rəhbərləri, iqdırlılar iştirak ediblər.

İqdır şəhər meşəliyi ərazisinin qarşı tərəfində Vətən müharibəsi şəhidlərinin adına salınan meşə-park bölgənin ən səfalı və cəlbedici yerlərindən sayılır.

Azvision.az


Teqlər: İğdır   Ağacəkmə  






Xəbər lenti