“Fənərbaxça” baş məşqçini istefaya göndərdi

 “Fənərbaxça” baş məşqçini istefaya göndərdi
  26 Mart 2021    Oxunub:1858
Türkiyənin "Fənərbaxça" futbol klubu baş məşqçi Erol Bulutla yollarını ayırıb.
Azvision.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Erol Bulutla gələn ilin yayına qədər olan müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Komandanı mövsümün sonuna kimi klubun idman direktoru Emre Belözoğlu çalışdıracaq.

Qeyd edək ki, Erol Bulut ötən ilin avqust ayında "Fənərbaxça"nın baş məşqçisi təyin edilmişdi.

Azvision.az


Teqlər: “Fənərbaxça”  





Xəbər lenti