Naxçıvanda peyvənd olunanların sayı açıqlandı

Naxçıvanda peyvənd olunanların sayı açıqlandı
  26 Mart 2021    Oxunub:1836
Naxçıvanda koronavirus əleyhinə vaksinasiya uğurla həyata keçirilir.
Azvision.az xəbər verir ki, bu məqsədlə Muxtar Respublikanın Səhiyyə Nazirliyində xüsusi komissiya fəaliyyət göstərir. Komissiyanın təşkilatçılığı ilə COVID-19-a qarşı vaksinasiya aparılır.

İlkin mərhələdə risk qrupuna daxil olan səhiyyə işçilərinə təhlükəsizliyinə və effektivliyinə görə seçilən “Sinovak” vaksini vurulub. Vaksinasiyaya 3500 tibb işçisi cəlb olunub. Yaxın günlərdə əhalinin revaksinasiyası aparılacaq.

Risk qrupuna daxil olan peşə sahibləri ilə yanaşı 50 yaşdan yuxarı əhali qrupuna da peyvəndlərin vurulması həyata keçirilir. İndiyədək bu yaş kateqoriyasına daxil olan 902 nəfər vaksinasiyaya cəlb olunub.

Azvision.az


Teqlər: Naxçıvan   Peyvənd  






Xəbər lenti