XİN Ermənistanın əsassız iddialarına cavab verdi

 XİN Ermənistanın əsassız iddialarına cavab verdi
  26 Mart 2021    Oxunub:5739
Martın 25-də "BBC News" telekanalının efirində azad edilmiş Cəbrayıl şəhərində guya "erməni kilsəsinin yoxa çıxması" barədə məlumat yer almışdı. Azərbaycan bu cür ittihamlara ciddi yanaşır, amma Ermənistanın UNESCO işləri milli komissiyasının "mədəniyyət cinayəti" ilə bağlı hər hansı bəyanatını qətiyyətlə təkzib edir.
Azvision.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Ermənistan tərəfinin işğaldan azad edilmiş Azərbaycan ərazilərində "mədəniyyət cinayətlərinin" törədilməsi ilə bağlı əsassız bəyanatlarına cavabında deyilir.

Qeyd olunub ki, Azərbaycan Respublikası dəfələrlə mədəni və dini müxtəlifliyin qorunmasına sadiqliyini təsdiqləyib və bu mövqə dəyişməz qalır:

"Kilsənin "yoxa çıxması" məsələsini müəyyən kontekstdə nəzərdən keçirmək lazımdır. Bu tikili Ermənistanın təxminən 30 illik işğalı zamanı Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpaqlarında qanunsuz tikilib. Bu ərazilərdə 1993-cü ildə işğal olunandək azərbaycanlılar məskunlaşmışdı".

Azvision.az


Teqlər: XİN   Ermənistan   Cavab  





Xəbər lenti