Azərbaycan maskadan istifadəyə görə regionda liderdir

 Azərbaycan maskadan istifadəyə görə regionda liderdir
  26 Mart 2021    Oxunub:2480
Azərbaycan Cənubi Qafqaz ölkələri arasında tibbi maskadan istifadə üzrə birinci yerdədir.
Bu barədə Sağlamlıq Göstəriciləri və Qiymətləndirilməsi İnstitutunun (Institute for Health Metrics and Evaluation) hesabatında bildirilib.

Sənədə əsasən, Azərbaycanda əhali arasında maskadan istifadə göstəricisi 78% təşkil edib. Gürcüstanda bu göstərici 43%, Ermənistanda isə 38%-dir.

Araşdırmada qeyd olunub ki, dünyada maska rejiminə əməl olunması üzrə fəallığın orta göstəricisi 62% təşkil edir.

Göstəricilər xüsusi aerofotoçəkiliş texnologiyası vasitəsilə əldə edilib.

Azvision.az


Teqlər: Maska  






Xəbər lenti