Ərəblərin Qaxda qurduğu çadırlar söküldü

 Ərəblərin Qaxda qurduğu çadırlar söküldü
  27 Mart 2021    Oxunub:3342
Əcnəbi turistlərin Qax Dövlət Təbiət Yasaqlığı ərazisində qurduğu çadırlar sökülüb.
Azvision.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şura bəyanat yayıb. Bildirilib ki, cəmiyyətdə narazılığa səbəb olan ekoloji problem qanunlar çərçivəsində həll olunub.

Qeyd edək ki, sosial şəbəkələrdə Qax Dövlət Təbiət Yasaqlığı ərazisində - Acınohurda ərəb turistlərin nadir quşları və heyvanları ovlamasını əks etdirən görüntülər yayılıb. Ərəblərin ölkəmizdə qanunsuz ov etməsi ictimaiyyət tərəfindən etirazla qarşılanıb. Nəticədə ərəb turistlər cərimələniblər.



Azvision.az


Teqlər: ETSN   Ərəb   Turist  






Xəbər lenti