Bu gün Qarabağda 17 hektar ərazi minalardan təmizlənib

   Bu gün Qarabağda 17 hektar ərazi minalardan təmizlənib
  27 Mart 2021    Oxunub:1689
Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri əraziləri minalardan təmizləməyə davam edir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Qeyd olunub ki, martın 26-da 17 hektar ərazi, 5 km yol təmizlənib, 12 partlayıcı maddə aşkar edilib, 6 bina yoxlanılıb. Ümumilikdə, 23 noyabr 2020-ci ildən indiyədək 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1802 hektar ərazi, 557 km yol partlamamış hərbi sursatlardan təmizlənib, 25 373 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.

Azvision.az


Teqlər: Qarabağ   Sülhməramlı   Mina  





Xəbər lenti