Cinayətkarlar ələ keçdi

Cinayətkarlar ələ keçdi
  27 Mart 2013    Oxunub:1194
Bayram günlərində ölkə ərazisində 211 cinayət faktı qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, bunlardan 194-ü “isti izlər”lə açılıb.

Belə ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 59 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

DİN əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatla bağlı 19 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 183 nəfər tutulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti