DSX-dan hərbçilərin ərzağının Ukraynada satılması xəbərinə münasibət

 DSX-dan hərbçilərin ərzağının Ukraynada satılması xəbərinə münasibət
  27 Mart 2021    Oxunub:3553
26 mart tarixində bir sıra KİV-lərdə və sosial media səhifələrində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının ərzaq təminatı üçün alınmış ət konservlərinin Ukrayna bazarlarında satılması barədə materiallar yerləşdirilib.
Dövlət Sərhəd Xidmətindən (DSX) Azvision.az -a bildirilib ki, bu məlumatlar həqiqətəuyğun deyil və qərəzli xarakter daşıyır.

Qeyd olunub ki, Dövlət Sərhəd Xidməti tərəfindən ərzaq mallarının alınması qüvvədə olan qanun­vericiliyinə əsasən dövlət satınalma pro­sedurlarına uyğun həyata keçirilir.

Azvision.az


Teqlər: DSX   Ərzaq  






Xəbər lenti