Azərbaycan Çinə 102,5 milyonluq neft ixrac edib

Azərbaycan Çinə 102,5 milyonluq neft ixrac edib
  27 Mart 2021    Oxunub:2531
2021-ci ilin yanvar-fevral aylarında Azərbaycan Çinə 277,516 min ton xam neft ixrac edib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, hesabat dövründə Çinə ixrac olunan qazın məbləği 102,592 milyon dollar təşkil edib.

Ümumilikdə, bu ilin ilk iki ayı ərzində Azərbaycan 5,694 milyon ton neft ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çoxdur. Hesabat dövründə ixrac olunan neftin məbləği 2,044 milyard dollar təşkil edib.

Azvision.az


Teqlər: Neft   İxrac  





Xəbər lenti