Virusu ağır keçirənlər aylar sonra da sağalmırlar
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniya alimləri bununla bağlı xəstəxanadan çıxan 1077 koronavirus xəstəsi arasında araşdırma aparıb.
COVID-19-a yoluxan şəxslərin 20 faizində sağaldıqdan sonra başqa ağır xəstəliklər meydana çıxıb, digər 20 faiz pasiyentdə isə müxtəlif problemlər yaranıb.
Xəstəliyin simptomları ağ dərili orta yaşlı xanımlarda daha uzun davam edir. Bu dövrdə şəkər, astma, ürək-damar riskləri də artır. Araşdırmaya cəlb edilən şəxslərin 29 faizi 5 aydan sonra sağaldıqlarını qeyd edib.
Siptomlar arasında ən çox əzələ ağrısı, yorğunluq, fiziki zəiflik, yuxusuzluq, nəfəs darlığı, ağrılar, qısa müddətli huşsuzluq kimi hallar müşahidə edilir.
Azvision.az
Teqlər: Koronavirus Xəstə







Vaxtında, Aydın, Lazımlı!


