Zaqatalada maşın beton maneəyə çırpıldı, ölən var

Zaqatalada maşın beton maneəyə çırpıldı,  ölən var
  28 Mart 2021    Oxunub:2510
Zaqatalada ölümlə nəticələnən yol qəzası olub.
Bu barədə Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin “112” qaynar telefon xəttinə rayon ərazisində “Nissan” markalı minik avtomobilinin yol kənarındakı beton maneəyə çırpılması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1987-ci il təvəllüdlü İsmayılov Camal Əfəndi oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Qəza  





Xəbər lenti