Azərbaycanda daha 27 nəfər koronavirusdan vəfat etdi

Azərbaycanda daha 27 nəfər koronavirusdan vəfat etdi
  28 Mart 2021    Oxunub:5951
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1831 yeni yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 256 201 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 236 151 nəfər müalicə olunaraq sağalıb, 3 491 nəfər vəfat edib, aktiv xəstə sayı 16 559 nəfərdir.

Son sutkada 10 590, hazırkı dövrədək isə 2 837 044 test aparılıb.



Azvision.az



Teqlər: koronavirus   Azərbaycan  






Xəbər lenti